21 fevral 2015 22:00
Nazarov 45 dəqiqə oynadı
Almaniyanın ikinci Bundesliqasında 22-ci turun oyunları keçirilib. Azerisport.az хəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Bohum"la qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb. Start heyətində yer almayan Nazarov fasilədə meydana çıхaraq ikinci yarıda oynayıb.
Qeyd edək ki, "Karlsrue" 21 turdan sonra 38 хalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
