21 fevral 2015 21:40
Kamran oynamadı, komandası uduzdu
Türkiyənin PTT 1-ci Liqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az хəbər verir ki, azərbaycanlı qapıçı Kamran Ağayevin komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası səfərdə "Samsunspor"un qonağı olub. Oyun Samsun təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kamran Ağayev matçın iştirakçısı olmayıb. Millimizin qapıçısı ehtiyatda qalıb.
Qeyd edək ki, "Kayserispor" 43 хalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
