21 fevral 2015 13:30
Ruslan Qurbanov üçün yeni baş məşqçi
Xorvatiyanın "Hayduk" klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun da çıxış etdiyi Split klubunu bundan sonra Stanko Poklepoviç çalışdıracaq.
Bu, 76 yaşlı mütəxəssisin "Hayduk"a üçüncü dönüşüdür. O, fevralın əvvəlində istefaya göndərilmiş İqor Tudoru əvəzləyib.
