21 fevral 2015 13:00
Aqil Məmmədov: Yığmaya mən də dəvət almışdım
"Neftçi"nin qapıçısı Aqil Məmmədov bəyan edib ki, yığmaya dəvət alan futbolçular arasında o da varmış. Azerisport.az saytına açıqlamasında o, millidən kənarda qalmasının bircə səbəbinin olduğunu bildirib:
"Yığmanın toplanışını ancaq AZAL-la təxirə salınmış oyuna görə buraxmalı oldum. Amma məni Azərbaycan yığmasına dəvət etmişdilər. Əlbəttə, yeni baş məşqçinin rəhbərliyi altında ilk toplanışda mən də iştirak etmək istərdim. Nə etmək olar? Növbəti toplanışı gözləməli olacağam".
