21 fevral 2015 00:20
Nildo: Zədəmin nə dərəcədə ciddi olduğunu bilmirəm
"İnter"in hücumçusu Franko Nildo Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunda aldığı zədədən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandama lazım olduğum bir vaxtda zədələnməyim çox üzücüdür. Ağrılar çox idi. Ona görə də elə birinci hissədə əvəzlənməyimi istədim. Hələ zədəmin nə dərəcədə ciddi olduğunu deyə bilmərəm. Sabah tibbi müayinədən keçəcəyəm. Ondan sonra zədəmin ciddiliyinə tam aydınlıq gələcək".
