21 fevral 2015 00:10
Cavid İmamverdiyev klubuna darmadağında kömək etdi
Türkiyə PTT 1-ci Liqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası - "Elazığspor" da növbəti matçına çıxıb.
Həmyerlimizin klubu səfərdə "Orduspor"un qonağı olub. Cavidin komandası 6:1 hesabıyla qalib gəlib. Start heyətdə meydana çıxan İmamverdiyev isə 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, "Elazığspor" hazırda 27 xalla 10-cu pillədə qərarlaşıb.
