20 fevral 2015 21:00
Yığmamız Rusiyaya yenə də uduzdu
Bu gün “Bakcell Arena”da 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığmaları arasında yoxlama oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma 4:2 hesabı ilə Rusiya komandasının xeyrinə başa çatıb.
Yığmamızın hər iki qolunu Famil Camalov vurub.
Qeyd edək ki, bir neçə gün öncə bu komandalar arasında keçirilmiş ilk oyunda da Rusiya 2:1 hesabıyla üstün olmuşdu.
