20 fevral 2015 17:00
Cavid Hüseynov: Vyekoslav Tomiç möhtəşəm oynadı
"Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxşı oyun oldu. Bizim üçün qələbə qazanmaq çox vacib idi. Mənə elə gəlir ki, həm birinci, həm də ikinci hissədə yaxşı oynadıq. Ancaq lənkəranlıların qapıçısı möhtəşəm çıxış etdi. Xoşbəxtlikdən biz ikinci yarıda təzyiqi daha da artırıb qollar vura bildik. Ümid edirəm ki, bu qələbə bizim uğurlu oyunlar seriyamızın başlanğıcı olacaq".
