20 fevral 2015 16:00
Elvin Məmmədov: AZAL-la oyundan sonra nə baş verdiyini başa düşmədim
"İnter"in yarımmüdafiəçisi Elvin Məmmədov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilmiş AZAL-la oyundan sonra baş verənlərdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Düzünü deyim ki, nə baş verdiyin anlamadım. Səs-küy gəldiyini eşitdim. Çölə çıxanda gördüm ki, biri o birini itələyir, biri o birini söyür. Bunu kimin başlatdığını, kimin günahkar olduğunu bilmirəm. Amma çox qarışıqlıq var idi".
