20 fevral 2015 15:30
Erik Ramos: Qarabağ 4-5 turdan sonra çempion olacaq
"Neftçi"nin yarımmüdafiəçisi Erik Ramos Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:1 hesablı məğlubiyyətini belə şərh edib:
"Rəqibin qol vurmaq üçün şansı daha çox idi. Sonda da bu şanslardan birini dəyərləndirdilər. "Qarabağ" qələbəyə layiq idi. Bu münasibətlə onları təbrik edirəm. Biz çox top itiririk. Belədə rəqiblərimizin də işi asan olur. Artıq liderdən 13 xal geri qalırıq və "Qarabağ"ın bu qədər xal itirəcəyinə inanmıram. Onlar 4-5 turdan sonra çempion olacaqlar".
