20 fevral 2015 14:15
Azərbaycan yığmaları artıq Antalyadadır
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası Türkiyəyə yollanıb. Azerisport.az xəbər verir ki, əsas millimizlə yanaşı, U-16 və U-21 komandalarımız da Antalyaya yollanıb.
Artıq hər üç yığmamız Antalyaya çatıb. Qeyd edək ki, Azərbaycanın əsas yığması bu toplanış çərçivəsində Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə yoxlama oyunu keçirəcək. Digər komandalarımız da sınaq matçlarına çıxacaqlar.
Bu arada Robert Prosineçki komandamızın ilk məşqinin vaxtını açıqlayıb. Yığmamız Bakı vaxtı ilə saat 18:00-da xorvatiyalı mütəxəssisin rəhbərliyi altında çıxış edəcək.
