20 fevral 2015 14:00
Yığmamız yenidən Rusiya ilə üz-üzə
Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığma komandaları arasında növbəti yoxlama oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, qarşılaşma “Bakcell Arena”da baş tutacaq.
Saat 19:00-da start götürəcək oyuna azarkeşlərin girişi sərbəst olacaq.
Qeyd edək ki, bir neçə gün öncə bu komandalar arasında keçirilmiş ilk sınaq matçında Rusiya 2:1 hesabıyla üstün olmuşdu.
