20 fevral 2015 12:30

Rəşad Sadıqov: Heç kəs oyunu çirkinləşdirmədi

"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi

- “Qarabağ” UEFA-da istəyinə nail ola bilmədi...
- Bu mənə yox, klub rəhbərliyinə aid olan sualdır.

- Qol niyə gec gəldi?
- Niyəsi yoxdur. Futboldur, sən vura bilmirsən, rəqib vura bilmir. Elə futbolun da gözəlliyi ondadır ki, hər epizod qol olmur.

- Aqil Məmmədov yaxşı oynadı yoxsa, “Qarabağ” vura bilmədi?
- Aqil çox yaxşı oynadı. Hər iki komanda maraqlı oyun göstərdi. Heç kəs oyunu çirkinləşdirmədi. "Neftçi" də biz də qələbə istəyirdik. Derbiyə layiq oyun getdi. Hər iki komanda feyr-pley qaydalarına riayət etdi. Demek olar ki, insident yaşanmadı. Bir balaca söz-söhbəti çıxmaq şərtilə. Ajiotaja, matçın önəminə baxmayaraq, hər iki komanda oyunu dost şəkildə keçirdi.

- Oyundan öncə Əliyar Ağayevin dəyişdirilməsini istəyirdiniz. Oyunda necə, onun idarəçiliyindən narazı qaldın?
- Çalışmışıq ki, maksimum hakimlikdən danışmayaq. Bir dəfə danışdıq. O da bütün Azərbaycan danışırdı deyə, danışırdıq. Bu dəfə isə danışmaq istəmirəm. Ona lazımı insanlar şərh verəcək.

- Danışmamaq narazılıq əlamətidir?
- Xeyr, xeyr heç bir əlaqəsi yoxdu. Ola bilər nə vaxtsa özümüzü saxlamayıb danışarıq. Ancaq komandada hər zaman bunun üzərində söhbət gedir. Həmişə deyirik ki, hakimlik barədə danışmayaq. Fərqi yoxdur, istər yerli çempionat olsun, istərsə də Avropadakı oyunlar. Məsələn "Dnepr"lə matçda iki şübhəli penalti epizodu var idi, ancaq yenə danışmadıq.

- Ajiotaj futbolçulara necə təsir edir?
- Bu, təbii haldır. Azərbaycanın iki ən böyük klubu oynayır və normal haldır bunların olması. Hələ iki komanda dost münasibətindədir. Bu yüngülvari ajiotaj idi hələ. Çalışırıq bunlara fikir verməyək. Hər şey meydanda həll olunur.

- 13 xallıq fərq arxayınçılığa səbəb olmaz ki?
- Çalışacağıq ki, arxayınlaşmayaq. Çempionat çətindit. Rəqiblər də çox ciddidir. Boşalan kimi cəzalana bilərik.

- Demək olar ki, "Qarabağ"ın rəqibi "Qarabağ"dır?
- Yox, bu cür fikirlərlə heç razı deyiləm. Rəqiblərimiz qələbələri sıralasa, bizə çata bilər. Keçən il də artıq hər kəs bizi çempionluğa görə təbrik edirdi. Ancaq sonda çətin vəziyyətə düşmüşdük. Demirəm hər şey ideal alınacaq. Ancaq çalışacağıq hər şey yaxşı alınsın.

- Milli komandanın heyəi açıqlandı. Sizcə, heyətdə sürpriz oyunçular var?
- Yeni baş məşqçinin gəlişindən sonra hər kəs heyətdə dəyişiklik gözləyirdi. Robert Prosineçki də bütün oyunları izləyir və oyunçuları diqqətdə saxlayır. Kim özünü yaxşı tərəfdən göstərib, o da millidədir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.