20 fevral 2015 12:00
Azərbaycan Andorranı darmadağın etdi
Fevralın 13-dən etibarən İspaniyanın Tarragona şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Andorranın U-21 yığması ilə qarşılaşan komandamız 4:0 hesabı ilə qələbə qazanıb.
Sevinc Cəfərzadənin dubl etdiyi oyunda hərəyə 1 dəfə Nigar Cəlilli və Aysun Əliyeva fərqlənib.
