20 fevral 2015 11:30
Ansi Aqolli: Rəqiblərimizin bizdən çox geri qalmasının günahkarı biz deyilik
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" hücumda yaxşı oynadı. Müdafiə xəttimiz üçün az problem yaratmadılar. Biz isə ələ düşən şansdan maksimum yararlandıq və qələbə qazandıq. Rəqiblərimizin bizdən çox geri qalmasının günahı bizdə deyil. Fikrimcə, "İnter"lə "Neftçi" hələ mübarizəni davam etdirəcək. Onlar yaxşı rəqiblərdir".
