Anton Krivotçuk: Himni və dili öyrənməyə çalışıram
Azərbaycan yığmasının yeni futbolçusu Anton Krivotçukun azerisport.az saytına müsahibəsi
- Azərbaycanla hansı əlaqələriniz var?
- Sovet dönəmində atam burada hərbi xidmətdə olub.
- Azərbaycanı Ukraynada heç bir variantınız olmadığına görə seçmisiniz?
- Düzünü deyim ki, mən Ukrayna yığmasına çağırılacağıma ümid bəsləmirdim. Şadam ki, Azərbaycan yığması ilə beynəlxalq arenada çıxış etmək şansı qazanmışam. Dəvət gələnd çox təəccübləndim.
- Robert Prosineçki ilə söhbət etmisiniz?
- Söhbətimiz olmayıb. Amma mənə bəslənilən ümidləri doğrultmağa çalışacağam.
- Gənclərdən ibarət yığmanın üzvləri ilə əlaqələriniz necədir?
- Gözəl. Çox mehriban kollektivimiz var.
- Dil səddi problem yaratmır?
- Bir az çətindir. Amma mən Azərbaycan dilini öyrənməyə çalışıram.
- Prosineçki bildirib ki, Azərbaycanın dövlət himnini öyrənməyə çalışır. Bəs siz?
- Bunun üzərində də işləyirəm.
- Ukraynanın Kiyev şəhərindən olan biri kimi, Azərbaycan yığmasında debüt matçınıza "Şaxtyor"la görüşdə çıxa bilərsiniz...
- "Şaxtyor" Ukraynanın ən böyük klublarındandır. Əlbəttə, mən də bu komanda ilə oyunda özümü göstərə bilərəm.
- Kiyev çempionatını tərk edib, daha güclü klublardan birinə keçməyi düşünmürsünüz?
- Tezliklə Avropa çempionatının elit mərhələsinin oyunları keçiriləcək. Bu, hər kəs kimi mənim üçün də böyük bir şansdır ki, daha güclü klublardan birinə keçim. Azərbaycan çempionatı da ola bilər. Niyə də yox?
