20 fevral 2015 01:00

"Bu, inanılmaz hissdir"

Topaz Premyer Liqasının 22-ci turunda “Xəzər Lənkəran”la qarşılaşan “Qəbələ” əzmkar qələbə (3:1) sayəsində hesabına 3 xal yazdı. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar”ın ev oyununda vurduğu qollardan ikisinə müdafiəçilər imza atdı.

Ekiqo Ehiosunun qolundan sonra əvvəl Ruslan Abışov, ardınca Ürfan Abbasov rəqib qapısına yol tapdı. Matçda son nöqtəni qoyan Abbasov qarşılaşma ilə bağlı fikirlərini klub saytı ilə bölüşüb:

“Xəzər Lənkəran”la oyun bizim üçün çox böyük əhəmiyyət daşıyırdı. Bunadək ardıcıl 3 oyunda xal qazanmadığımızdan bu dəfə qalib gəlməli idik. Məqsədimiz 3 xal idi. Biz də meydana çıxıb, canımızı qoyduq, bütün bacarığımızı nümayiş etdirib, əzmkar qələbə əldə etdik. Bu qələbə növbəti oyunlarda qazanacağımız uğurlara təkan olmalıdır. Növbəti qarşılaşmalara da yalnız 3 xal üçün çıxacağıq. Əsas tilsimi qırmaq idi ki, bunu bacarıb, uğursuzluq zolağından çıxdıq. Qarşıdakı görüşlərə daha yaxşı hazırlaşıb, bunun davamını gətirəcəyik”.

“Qəbələ”də ən çox oyun keçirən 10 futbolçudan biri olan Abbasov 83-cü matçında 2-ci qolunu vurub. Ötən mövsüm “Rəvan”la 31-ci turun səfər qarşılaşmasında qola imza atan müdafiəçi ilk dəfə doğma meydanda fərqlənib:

“Düzdür, “Xəzər Lənkəran”la qarşılaşmada qol vurdum. Amma əsas komandamızın qələbəsi idi. Buna da nail olduq. Açığı, hücumlara qoşulsam da, qol vuracağımı gözləmirdim. Çox sevinirəm ki, bunu bacardım və “Qəbələ”nin qələbəsində rolum oldu. Komandamın heyətində ilk dəfə ev oyununda qol vurdum. Fərqləndikdən sonra da sevincimi məhz azarkeşlərimizlə bölüşdüm. Doğma publika önündə fərqlənmək, sevincini onlarla bölüşmək çox gözəl, inanılmaz hissdir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.