20 fevral 2015 00:30
Rəşad Sadıqov: Demək olar ki, insidentsiz oyun oldu
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
"Hər iki komanda yaxşı oyun sərgilədi. Həm biz, həm də rəqib komanda qalib gəlmək istəyirdi. Feyr-pley çərçivəsində yaxşı derbi oldu. Kiçik söz-söhbətləri nəzərə almasaq, demək olar ki, münaqişəsiz ötüşdük. Xoşdur ki, belə ajiotaja baxmayaraq, hər iki komanda dostcasına oynadı. Aqil Məmmədov bu gün çox yaxşı oynadı, amma biz qələbə qazana bildik".
