19 fevral 2015 22:15
Neftçi - Qarabağ matçından sonra polislərlə azarkeşlər arasında münaqişə yarandı
Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilmiş "Neftçi" - "Qarabağ" oyunundan sonra münaqişə baş verib. Azerisport.az xəbər verir ki, münaqişə meydan sahiblərinin fanatları ilə polislər arasında yaranıb.
Bakılı azarkeşlər təhlükəsizlik xidmətinin işçilərinə butulka və daş atıblar. Nəticədə, polislər onları qovmalı olub. Asayiş keşikçiləri fanatlardan heç kimi saxlamayıb.
