19 fevral 2015 18:00
AZAL - İnter matçından sonra dava
Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilmiş AZAL - "İnter" matçından sonra münaqişə düşüb. Azerisport.az xəbər verir ki, buna səbəb meydan sahiblərinin üzvü Nicat Qurbanovun qonaq komandanın futbolçusu Sezar Meza Kolliyə qarşı kobud oynaması olub.
Oyundan sonra qonaqların baş məşqçisi Kaxaber Sxadadze Qurbanova hədə qorxu gəlməyə başlayıb. Bu mənada onun oğlu Baçana Sxadadze, Meza Kolli və Viktor İqbekoyi də fəallığı ilə seçilib. Baş məşqçi hətta hakimlərin də ünvanına kəskin söyüşlər səsləndirib. Olaylara polislər qarışdıqdan sonra aranı sakitləşdirmək mümkün olub.
