19 fevral 2015 14:30
Şakir Qəribov: Onun ölkə futboluna xidməti böyükdür
AFFA-nın Məşqçilər Şurasının üzvü Şakir Qəribov Vaqif Sadıqovun İcraiyyə Komitəsinin üzvlüyünə namizəd göstərilməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Vaqif müəllim təcrübəli məşqçi, futbol adamıdır. Onun İK-da təmsil olunması həm Azərbaycan futbolunun, həm də milli komandaların inkişafına müsbət mənada təsir edəcək. Vaqif müəllimin namizədliyini dəstəkləyir, İK-da təsdiq olunmasını arzulayıram. Onun Azərbaycan futboluna xidməti böyükdür. İstər klublarda, istərsə də milli komandalarda canla-başla çalışıb. Dediyim kimi, onun İK-da təmsil olunmasının tək milli komandalara, məşqçilərə yox, Azərbaycan futboluna xeyri olacaq”.
