Şahin Diniyev: Çox istərdim ki, Vaqif Sadıqov İK üzvü olsun
Azərbaycan yığmasının sabiq baş məşqçisi, AFFA-nın Məşqçilər Şurasının üzvü Şahin Diniyev Vaqif Sadıqovun İcraiyyə Komitəsinin üzvlüyünə namizəd göstərilməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
“Vaqif müəllim futbol adamıdır. Bu sahənin incəliklərini bilir. Futbolçu olub, məşqçi və futbol funksioneri kimi çalışıb. Bunların üçünün də bir yerdə toplanması böyük təcrübədir. Əvvəllər Vaqif müəlimin iş prinsipinə bələd deyildim. Hazırda iki aydan çoxdur Məşqçilər Komitəsində birlikdə çalışırıq. Bir çox qərarların verilməsində, layihə kompleks şəkildə hazırlanmasında gördüm ki, irəli sürdüyü təkliflər, bildirdiyi fikirlər hörmətə layiqdir. İnanıram ki, onun İcraiyyə Komitəsində təmsil olunması veriləcək qərarlarda müsbət rol oynayacaq. Çox istərdim ki, İK-da təmsil olunması təsdiqlənsin. İK-da futbol adamların sayı nə qədər çox olsa, futbolumuzun inkişafı istiqamətində daha müsbət qərarlar qəbul edilə bilər”.
