19 fevral 2015 14:15
Asim Xudiyev: Əliyar Ağayev hər şeyə hazır olmalıdır
Keçmiş hakim, hazırda UEFA hakim-inspektoru kimi fəaliyyət göstərən Asim Xudiyev Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində keçiriləcək "Neftçi" - "Qarabağ" matçının baş hakimi Əliyar Ağayevlə bağlı yaranan söz-söhbətlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AFFA Əliyar Ağayevi dəyişməməklə düzgün addım atdı. Oyundan əvvəlki söz-söhbət onun idarəçiliyinə təsir göstərməməlidir. O, hər şeyə hazır olmalıdır. Hakim hər şeyə rəğmən, meydana çıxıb öz işini görməlidir. Ağayev ilk növbədə psioxolji cəhətdən oyuna hazır olmalıdır".
