19 fevral 2015 13:30

Samir Musayev: Qarabağ Neftçiyə qalib gələcək

Azərbaycan yığmasının sabiq hücumçusu Samir Musayev Topaz Premyer Liqasının 23-cü turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.

"Qəbələ" - "Xəzər Lənkəran"
Maraqlı oyun olacaq. Hər iki komanda son dövrlər yaxşı günlər keçirmir. "Qəbələ" rəqibi oyunçularının səviyyəsinə görə üstələyir. Ona görə də düşünürəm ki, meydan sahibləri qələbə şansını əldən verməyəcəklər. Amma lənkəranlıların da gəncləri özlərini göstərməyə çalışacaqlar.

"Neftçi" - "Qarabağ"
Bu oyuna diqqət daha böyük olacaq. Bizi maraqlı və gərgin oyun gözləyir. "Qarabağ" ilk pillədəki yerini qorumağa çalışacaq ki, çempionluğunu vaxtından öncə təmin etsin. "Neftçi" isə məğlub olacağı halda çempionluq şansını itirə bilər. Ona görə bakılıları da ancaq qələbə qane edəcək. Mümkündür ki, bizi mövsümün ən maraqlı oyunu gözləyir. Amma mənim fikrimcə, "Qarabağ" "Neftçi"ni məğlub edəcək.

"Simurq" - "Sumqayıt"
"Simurq" avrokuboklarda oynamaq istəyindədir. Ona görə də bu yolda "Sumqayıt"a da qalib gəlməyə çalışacaqlar. Zaqatala klubunu çətin sınaq gözləsə də, bu komandanın qalib gələcəyini düşünürəm.

AZAL - "İnter"
Qış fasiləsindən sonra AZAL daha yaxşı oynamağa başlayıb. Bu komanda "Qarabağ"la birgə ən baxımlı futbol sərgiləyən kollektivdir. Əminəm ki, "İnter"ə qarşı maksimum güc sərf edəcəklər. Amma favorit qonaqlardır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.