19 fevral 2015 13:15
Ruslan Qurbanov Haydukda nə vaxt debüt edə biləcək?
Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov Xorvatiyanın "Hayduk" klubunda fevralın 21-də debüt edə bilər. Azerisport.az xəbər verir ki, futbolçumuzun komandası həmin gün Zaqreb "Lokomotiv"i ilə qarşılaşacaq.
Qeyd edək ki, "Hayduk" hazırda 32 xalla üçüncü pillədə qərarlaşıb.
