19 fevral 2015 12:45

Hayduk Ruslan Qurbanovu təqdim etdi

Xorvatiyanın "Hayduk" klubu Azərbaycan yığmasının və "Neftçi"nin hücumçusu Ruslan Qurbanovu transfer etməsini rəsmən ictiamiyyətə açıqlayıb. Azerisport.az xəbər verir ki, sözügedən komanda klub saytı vasitəsilə futbolçumuzu mövsümün sonunadək icarəyə götürdüyünü açıqlayıb.

23 yaşlı oyunçu ilə yayadək müqavilə imzalanıb. Lakin müqavilədə belə bir bənd də var ki, Xorvatiya klubu onu bəyənsə, yayda iki illik müqavilə ilə onun transfer hüququnu tam ələ keçirə bilər.

Ruslan bu keçidi ilə bağlı yeni klubunun saytına açıqlama da verib: "Hücumda oynayıram. Amma sol cinahda oynamağı daha çox sevirəm. Bütövlükdə isə məşqçilər məni hücumun istənilən mövqeyində oynada bilər".

Klub saytı Ruslanın əsas keyfiyyəti kimi onun sürətli oyunçu olmasını göstərib və qeyd ediblər ki, futbolçumuz bir müddət öncə "Hayduk"la yollarını ayıran Jan Evrard Kouassijaya əvəzləyici kimi gətirilib.

Artıq millimizin forvardı nömrə seçimini də edib. O, "Hayduk"da 7 nömrə ilə çıxış edəcək.

Qurbanovun Dağıstanda anadan olduğunu diqqətə çatdıran klub saytı onun Split və "Hayduk"u yaxşı tanıdığını da vurğulayıb: "Bilirəm ki, "Hayduk" böyük klubdur və azarkeşlər qarşısında böyük məsuliyyət daşıyıram. Özümə inanıram. "Hayduk"un mənə verdiyi bu şansdan yararlanmağa və ümidləri doğrultmağa çalışacağam".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.