19 fevral 2015 11:45
Millimiz Belarusla ikinci oyunda sülh bağladı
Belarusda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası ikinci yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, millimizin budəfəki rəqibi də Belarus yığması olub.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Azərbaycan millisinin qollarını Auqusto Sezar və Eduardo Mello vurub.
Xatırladaq ki, bu komandalar arasında fevralın 17-də keçirilmiş yoldaşlıq oyunu 2:1 hesabı ilə belaruslu futzalçıların xeyrinə yekunlaşmışdı.
