19 fevral 2015 00:05

Topaz Premyer Liqasında 23-cü tur həyacanı

Bu gün Topaz Premyer Liqasında 23-cü turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandalarının təlim-məşq toplanışı ilə əlaqədar yaranacaq qısa fasilə ərəfəsində turun matçları eyni gündə baş tutacaq. "Bakı"nın istirahət edəcəyi turun mərkəzi oyunu isə bütün çempionatların iştirakçısı olan “Neftçi” və “Qarabağ” arasında olacaq.

Günün ilk oyunu AZAL və “İnter” arasında baş tutacaq. 25-ci paytaxt derbisi ərəfəsində ardıcıl 5 oyunda "bankçılar” məğlub olmayıb. 4 ildir öz meydanında qalib gəlməyən AZAL son 5 ev matçında xal itirib. Əvvəlki 24 oyundan 5-də "təyyarəçilər", 8-də isə "bankçılar" qələbə qazanıblar. Qalan 11 qarşılaşmada da heç-heçə qeydə alınıb. Top fərqi də "İnter"in xeyrinədir - 21:19. Üçüncü dövrədə uğurlu çıxış edən Kaxaber Sxadadzenin komandası bu görüşdə favorit sayılsa da, Tərlan Əhmədovun futbolçuları doğma meydan amilindən yararlanıb sürprizə imza ata bilərlər. Necə ki, bu mövsüm Şüvəlanda keçirilmiş ilk oyunda 1:1 hesabı qeydə alınmışdı. "İnter" öz meydanında keçirilmiş ikinci oyunda isə 1:0 hesabıyla üstün olmuşdu.

Növbəti görüş Zaqatalada keçiriləcək. Burada “Simurq” və “Sumqayıt” üz-üzə gələcək. 13-cü görüşə böyük üstünlüklə çıxan “Simurq” son 4 matçı qol vurmadan tərk etməyib. Zaqatala təmsilçisi evdəki 6 matçın hamısında qalib gəlib. Bütövlükdə, 10 qələbəsi olan bu komanda yalnız bir dəfə uduzub, bir dəfə də rəqibi ilə sülh bağlayıb. "Sumqayıt" top fərqində də çox geri qalır - 8:21. "Sumqayıt"ın "Simurq" üzərində yeganə və tarixi qələbəsi bu mövsümün ikinci dövrəsində qeydə alınıb - 2:1. Zaqataladakı ilk oyunda isə meydan sahibləri 3:2 hesabıyla üstün olmuşdular.

Üçüncü dövrənin ən uğursuz komandalarından olan “Qəbələ” ilə “Xəzər Lənkəran” bu tur bir-biri ilə üz-üzə gələcək. Əyalət klubları yubiley – 25-cu duelə çıxacaq. “Xəzər Lənkəran” baş tutan oyunların yarıdan çoxunda (13) qalib gəlib. "Qəbələ"nin isə cəmi 5 qələbəsi var. Daha 6 qarşılaşmada bərabərlik qeydə alınıb. “Qəbələ” son 5 görüşdə Lənkəran təmsilçisinə qalib gələ bilməyib. Elə top fərqi də bu komanda üçün arzuolunmazdır - 20:35. Amma qış fasiləsində gəncləşdirmə siyasətinə əl atan cənub klubunun bu dəfə favorit olmaması "Qəbələ"nin uğursuz seriyaya son qoymasına imkan verə bilər. Maraq üçün xatırladaq ki, bu mövsüm Qəbələdə keçirilmiş ilk oyunda 1:1 hesabı qeydə alınmış, Lənkərandakı qarşılaşmada isə cənublular 3:0 hesabıyla üstün olmuşdular.

Nəhayət, turun mərkəzi oyununda “Neftçi” və “Qarabağ” üz-üzə gələcək. Azərbaycan çempionatlarında ən çox qarşılaşan rəqiblər 59-cu dəfə üz-üzə gələcək. Eyni sayda qol sevinci yaşayan (55:55) komandaların görüşlərində “Qarabağ” daha çox qalib gəlib - 18. 17 dəfə qalib gəlmiş “Neftçi” son 6 qarşılaşmada qələbə qazana bilməyib. Bakılılar öz meydanındakı son 5 görüşdə isə cəmi 1 xal əldə edib. Tərəflər 23 dəfə meydanı 1 xalla tərk ediblər. Bu mövsüm baş tutan qarşılaşmalara gəlincə, birinci dövrədə "Qarabağ" səfərdə 3:1 hesabıyla üstün olmuşdu. Digər görüşdə isə hesab açılmamışdı. "Neftçi" bu görüşdə qalib gələcəyi halda liderlə aradakı xal fərqini azaltmış olacaq. Ağdam klubunun qələbəsi isə çempionluğun taleyinə daha da böyük ölçüdə aydınlıq gətirə bilər.

Topaz Premyer Liqası
23-cü tur

19 fevral

15:00. AZAL - “İnter”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Nahid Əliyev.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “AZAL Arena”.

17:00. “Simurq” - “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor : Əhmədağa Cabbarov.
Zaqatala şəhər stadionu.

17:00. “Qəbələ” - “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor : Şahin Cəfərov.
Qəbələ şəhər stadionu.

19:00. “Neftçi” - “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Vaqif Musayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor : Məlik Həsənov.
Bakı. “Bakcell Arena”.
 

1Qarabağ19134235-1843
2İnter1999132-836
3Neftçi1996425-1533
4Simurq2084829-2328
5AZAL1966721-2724
6Qəbələ2057822-3022
7Xəzər Lənkəran1955923-2620
8Sumqayıt1946919-2718
9Bakı20251314-4611
10Araz Naxçıvan00000-00

Bombardirlər:
10
- Nurlan Novruzov ("Bakı").
9 - Draqan Çeran ("Simurq").
8 - Mikel Alvaro (“İnter”).
7 - Məhəmməd Qurbanov (“Sumqayıt”), Rəşad Eyubov ("Simurq"), Junior Nildo ("İnter").
6 - Cavid Hüseynov ("Qəbələ")
5 - Freddi Mombonqo (AZAL), Leroy Corc ("Qarabağ"), Dodo ("Qəbələ"), Rəşad Abdullayev (AZAL).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.