18 fevral 2015 18:30
Rəşad Eyyubov: Yığmaya dəvət aldığım üçün şadam
"Simurq"un hücumçusu Rəşad Eyyubov milli komandamıza dəvət olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmaya dəvət aldığım üçün şadam. "Şaxtyor" kimi komandaya qarşı forma geymək şansımızın olması yaxşıdır. Donetsk komandası çox güclüdür. Hədəfim yığmaya daima dəvət almaqdır. Bu isə "Şaxtyor"la oyundan çox asılıdır".
