18 fevral 2015 17:15

Erik Ramos: Əliyar Ağayev bizimlə oyunda Qarabağa üstünlük verəcək

"Neftçi"nin yarımmüdafiəçisi Erik Ramosun azerisport.az saytına müsahibəsi

- "Qarabağ"la oyundan nə gözləyirsiniz?
- Bizi ölkənin ən yaxşı komandası ilə oyun gözləyir. Bu, liderlə aradakı xal fərqini azaltmaq üçün son şansdır. Ona görə də qələbə bizə hava-su kimi lazımdır.

- Deməli, bu qarşılaşmanı çempionluq yolunda həlledici sayırsınız?
- Bəli. Əgər uduzsaq, xal fərqi daha da böyüyəcək. "Qarabağ" çox yaxşı komandadır. Ona görə də onların bu qədər xal itirəcəyinə ümid bəsləməyə dəyməz. Qarşımızda bir hədəf var - qələbə qazanmaq.

- Məğlubiyyət halında nəyin uğrunda mübarizə aparacaqsınız?
- Biz Azərbaycan Kubokunda da mübarizəni davam etdiririk. Həm də gümüş medalları qazanmaq şansımız da var.

- "Neftçi" "Qarabağ" üzərində qələbə qazanmağa ümid verən futbolu sərgiləyir?
- "Xəzər Lənkəran" və "Qəbələ" ilə oyunlarda pis təsir bağışlamadıq. Düzdü, hər iki matçın əvvəli istədiyimiz kimi keçmədi. Amma sonradan qələbəni təmin edə bildik. Ağdamlılar isə daha təhlükəli və çətin rəqibdilər. Oyuna daha ağıllı start verməliyik.

- "Qarabağ"ın heyətində kimə qarşı oynamaq daha çətindir?
- İlk növbədə Reynaldo və Almeydanı qeyd edərdim. Çox təhlükəli futbolçulardır. Həmçinin Rəşad Sadıqovla Qara Qarayevi də qeyd edə bilərəm. Onlar bu komandanın ən yaxşı yerli oyunçularıdır.

- "Simurq"la oyununuzu idarə etmiş və narazı qaldığınız Əliyar Ağayevin "Qarabağ"la da matça təyinat almasını necə qarşıladınız?
- Onun həmin oyundakı idarəçiliyi doğrudan da yaxşı olmamışdı. Sarı vərəqəni sağa-sola xərcləyirdi, tez-tez rəqibin lehinə fit səsləndirirdi.

- Bu, prinsipial oyunda "Neftçi"yə mane olmayacaq?
- Mənə elə gəlir ki, Ağayev bu dəfə də "Qarabağ"a üstünlük verəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.