18 fevral 2015 16:15

Vaqif Sadıqov namizədliyindən danışdı

Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqası tərəfindən hazırda Məşqçilər Komitəsinin sədri vəzifəsində çalışan Vaqif Sadıqovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb. Azerisport.az saytına açıqlamasında Vaqif Sadıqov İK-ya namizədliyinin Peşəkar Futbol Liqasına “Sumqayıt” Futbol Klubundan verilməsinə münasibət bildirib:

"Bir neçə gün öncə keçirilən iclasda mənim namizədliyim gündəmə gətirildi. Bu gün isə xəbər verdilər ki, mən "Sumqayıt" tərəfindən İK üzvlüyünə namizəd göstərilmişəm. Mənu bu şəhərlə çox şey bağlayır. Ona görə də bu komandanı İK-da təmsil etməyə şad olaram. Namizədliyim dəstəklənsə, indiyə qədər olduğu kimi, bundan sonra da ölkə futbolunun inkişafı üçün əlimdən gələni edəcəyəm. Fikrimcə, bu, böyük şərəfdir. Namizədliyim martın 6-da keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında təsdiqlənəcək".

İK üzvü olacağı halda, Klublar Komitəsindəki vəzifəsindən də danışan Sadıqov bunları qeyd edib: "Düzünü deyim ki, bu barədə söhbətimiz olmayıb. İstənilən halda biz həmişə məşqçi olaraq qalırıq. Əsas odur ki, Azərbaycan futbolunun inkişafına xidmətimizi davam etdiririk".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.