18 fevral 2015 15:30
Elbrus Məmmədov: Qəbələ ilə səfər oyunundan yaxşı nəticə ilə qayıtmaq istəyirik
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Təəssüf ki, zədələr bizi izləməyə davam edir. Digər itkilərimizlə yanaşı, ötən gün Tural Cəlilov da sıradan çıxdı. Buna baxmayaraq, optimistliyimizi itirmirik. Komandanın döyüşkən ruhu var və bunun sayəsində özümüzə yol açmağa çalışacağıq. Qarşıdakı rəqibimiz də bizim kimi yaxşı günlərini keçirmir. Qəbələdən yaxşı nəticə ilə qayıtmaq istəyirik".
