18 fevral 2015 14:45
Ramiz Məmmədov: İran və Qazaxıstan klublarından təklif almışam
"Qəbələ"nin sabiq baş məşqçisi Ramiz Məmmədov keçmiş komandasının durumundan danışıb, eləcə də İran və Qazaxıstandan aldığı təkliflərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" heç də yaxşı dövrünü keçirmir. Komandanın bu durumundan danışmaq mənim üçün xoş deyil. Onlara yalnız uğurlar arzulaya bilərəm. İnanıram ki, Roman Qriqorçukun komandasının işləri yaxşıya doğru dəyişəcək.
Hələ mənə gələn təkliflər barədə hər şeyi açıqlamaq istəmirəm. Nə vaxt razılıq əldə etsək, onda danışarıq. Sadəcə, onu deyə bilərəm ki, İran və Qazaxıstan klublarından təklif almışam. Böyük ehtimalla hər şeyə mart ayında aydınlıq gələcək".
