18 fevral 2015 14:30
XL Qəbələ ilə oyun öncəsi ciddi itki ilə üzləşdi
"Xəzər Lənkəran" Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Qəbələ" ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, cənub klubu bu oyuna hazırlığı davam etdirir.
Lakin "ağ-yaşıllar" ciddi itki ilə üzləşiblər. Belə ki, Tural Cəlilov ötən gün baş tutan məşq zamanı sıradan çıxıb. Bu üzdən də o, qarşıdakı oyunu buraxmalı olacaq.
Qeyd edək ki, Cəlilovdan başqa Sadio Tounkaranın da kiçik zədəsi var. Əvəzində Alfred Sanko zədəsini sağaldaraq, sıraya dönüb. Onun sabah meydana çıxması gözlənilir.
