18 fevral 2015 18:15
Millimiz Rusiyaya uduzdu
Bu gün “Əlincə” stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığma komandaları arasında yoxlama oyunu keçirilib. Azerisport.az xəbər verir ki, saat 16:30-da başlayan qarşılaşma millimizin məğlubiyyəti ilə başa çatıb.
Hesabı 42-ci dəqiqədə Oruc İsmayılov açsa da, sonradan iki qol vuran ruslar əzmkar qələbə qazanıblar.
