18 fevral 2015 13:00
Qriqorçuk: XL ilə oyunda qalib gəlməliyik
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları :
"Biz bu oyuna ciddi hazırlaşırıq. Başa düşürük ki, qarşılaşma bizim üçün çox vacibdir. Bizə qələbə qazanmaq, xal toplamaq lazımdır. Bizə həmçinin oyun keyfiyyətimizi də yaxşılaşdırmaq lazımdır. Qarşıdakı oyunda "Xəzər Lənkəran"a qalib gəlməliyik".
