18 fevral 2015 12:45
Cem Fələk oynadı, komandası liderə çatdı
Şotlandiyada klubların U-20 komandaları arasında təşkil olunan ölkə birinciliyində 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın U-19 yığmasının üzvü Cem Fələkin çıxış etdiyi "Aberdin" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Sent-Mirren"lə qarşılaşıb. Oyun futbolçumuzun komandasının 3:1 hesablı qələbəsiylə başa çatıb. Cem matçın 83-cü dəqiqəsindən etibarən meydana çıxıb.
Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 49-a çatdıran "Aberdin" lider "Hamilton"a çatıb və 1-2-ci yerləri bölüşür.
