18 fevral 2015 12:15
Arif Əsədov: Qarabağa qalib gəlməyin vaxtı çatıb
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində qarşılaşacaqları "Qarabağ"la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu gün son məşqə çıxıb, hazırlığı başa vuracağıq. "Qəbələ" ilə oyundan sonrakı müddət ərzində olan vaxtdan bərpa üçün daha çox yararlandıq. Növbəti oyunun prinsipiallığına gəlincə, mən buna daha çox sıradan bir qarşılaşma kimi baxıram. Bu mövsüm "Qarabağ"la iki oyun keçirmişik, birinci uduzmuşuq, birində heç-heçə etmişik. Artıq qələbə və 3 xal qazanmağın vaxtı çatıb. Biz bu oyunda çempionluq barədə düşünməməliyik. Bu, sadəcə, xal ehtiyatımızı artırmağa imkan verəcək sıradan bir oyundur".
