18 fevral 2015 00:05
Ağayevli Volqa heç-heçə ilə başladı
Rusiyanın "Volqa" klubu Azərbaycan yığmasının sabiq müdafiəçisi Emin Ağayevin rəhbərliyi altında ilk matçını keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda "Stroqino" ilə qarşılaşıb.
Matç 1:1 hesabıyla başa çatıb. Yoxlama xarakterli qarşılaşmada azərbaycanlı mütəxəssis baxışda olan futbolçuları sınaqdan keçirib.
