17 fevral 2015 17:45
Ansi Aqolli: Neftçi ilə oyun öncəsi konsentrasiyanı itirmək olmaz
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində qarşılaşacaqları "Neftçi" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çempionat hələ başa çatmayıb. Qarşıda 15 oyun var. Hər şey baş verə bilər. "Neftçi" ilə oyun öncəsi konsentrasiyanı itirmək olmaz. Çünki bu oyundan çox şey asılıdır. Albanlarda belə bir deyim var: "Qalanı ancaq daşı daş üstə qoymaqla tikmək olar". Ona görə bizə hər növbəti oyunu düşünmək lazımdır".
