17 fevral 2015 15:45
Subaşiç: Hiss edirdim ki, Prosineçki məni çağırmayacaq
Türkiyənin "Manisaspor" klubunun hücumçusu Branimir Subaşiç yığmamıza dəvət olunmamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Nə etmək olar? Əlbəttə, mən də yenidən yığmadan oynamağı çox istəyirdim. Düzünü deyim ki, yığmaya dəvət almayacağımı hiss edirdim. Amma həmişə sakit olmaq lazımdır. Hər nə olursa, yaxşıya doğru olur. Yığmaya uğurlar".
