17 fevral 2015 15:30
Millimiz İspaniya klubuna qalib gəldi
Fevralın 13-dən etibarən 21 yaşadək qızlardan ibarət Azərbaycan yığması İspaniyanın Tarragona şəhərində təlim-məşq toplanışındadır. Azerisport.az xəbər verir ki, hazırlıq prosesində yığmamız “Pardinyes” klubunun U-21 komandası ilə yoxlama oyunu keçirərək 3:2 hesablı qələbə qazanıb.
Sevinc Cəfərzadənin dubl etdiyi oyunda digər qolun müəllifi Nərgiz Hacıyeva olub. (AFFA)
