Millinin Antalyaya gedəcək heyəti müəyyənləşdi
Fevralın 20-dən 26-dək Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq toplanışa dəvət olunmuş futbolçuların siyahısı da məlumdur.
Həmin siyahını diqqətinizə çatdırırıq:
Elşən Abdullayev - "Neftçi"
Rahil Məmmədov - "Neftçi"
Elvin Bədəlov - "Neftçi"
Samir Məsimov - "Neftçi"
Azər Salahlı - "İnter"
Fuad Bayramov - "İnter"
Abbas Hüseynov - "İnter"
Vüqar Mustafayev - "Simurq"
Rəşad Əzizli - "Simurq"
Vadim Abdullayev - "Simurq"
Şahrudin Maqomedaliyev - "Sumqayıt"
Cəmil Hacıyev - "Sumqayıt"
Azad Kərimov - "Bakı"
Tellur Mütəllimov - "Qəbələ"
Taşkın İltər - "Ayntraxt" (Braunşveyq, Almaniya)
Bilal Sezər - "Borussiya" (Münhenqladbax, Almaniya)
Deniz Topçu - "Əskişəhərspor" (Türkiyə)
Qeyd edək ki, Bilal Sezər və Taşkin İltər komandaya fevralın 22-də qoşulacaq.
