17 fevral 2015 15:00
Anar Nəzirov: Qəbələyə 2-3 qələbə lazımdır ki, özünə gəlsin
"Qəbələ"nin qapıçısı Anar Nəzirov Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Neftçi"yə məğlub olduqları görüşü şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:3 hesabıyla uduzduqları görüşlə bağlı bunları söyləyib:
"Matç biz istədiyimiz kimi başladı. Birinci hissədə "Neftçi"nin qapısı qarşısında xeyli qol vəziyyəti də yarada bildik. Amma onlardan sadəcə, birini dəyərləndirə bildik. İkinci hissədə isə hər şey bizim əleyhimizə oldu. Biz baş məşqçinin oyun fəlsəfəsinə uyğun çıxış etməyə çalışırıq. Bunun üçün isə bizə müəyyən qədər vaxt lazımdır. İstənilən komanda qara zolağa düşə bilər. Biz də hazırda ondan çıxmağa çalışırıq. Bunun üçün bizə 2-3 qələbə lazımdır".
