17 fevral 2015 17:30
Xəzər adalarının Kayratla 2-ci sınağı da uğursuz oldu
Azərbaycanın "Xəzər adaları" klubu bu gün Qazaxıstanın "Kayrat" komandası ilə növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, qarşılaşma Bakı vaxtıyla 15:30-da "Kayrat"ın təlim-məşq bazasında start götürüb.
Qarşılaşma təmsilçimizin 2:5 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında ötən gün keçirilmiş ilk oyunda "Xəzər adaları" 3:5 hesabıyla məğlub olub.
