17 fevral 2015 12:45

2-ci 5, 66 gün və Reynaldodan unikal göstərici

"Qarabağ" Premyer Liqanın 22-ci turunda "Simurq"u qəbul etdi. Azerisport.az xəbər verir ki, qış fasiləsindən sonra uğurlu qrafik cızan Zaqatala təmsilçisi Ağdam klubuna cari ildə ilk xal itkisini yaşatmaq niyyətində idi.

Maraq üçün xatırladaq ki, ilk dövrədə mərkəzi arenada baş tutan qarşılaşmada Vüqar Nadirovun qolu yeganə olmuş, Zaqataladakı qarşılaşmada isə "Qarabağ" meydandan 3:2-lik qələbə ilə ayrılmışdı. Son oyunda da ağdamlılar meydandan  1:0-lıq qələbə ilə ayrıldı. Reynaldonun qolu yeganə oldu. Bu oyun və qələbə ilə bağlı bir sıra maraqlı məqamlar oldu ki, onları diqqətinizə çatdırmaq istərdik.

* "Qarabağ" "Simurq" üzərində  cari birinclikdə keçirilmiş 3 oyunda qələbə qazanmaqla ən uğurlu seriyasını qurdu. Komanda eyni uğura AZAL-a qarşı keçirdiyi 3 oyunda da imza atıb.

* "Qarabağ" bu qələbə ilə çempionatda 13-cü qələbəsini qazandı, ardıcıl 5-ci oyunda xal itirmədi. Başqa sözlə, ağdamlılar 5 oyunluq qələbə seriyasına malikdir.

* "Qarabağ" sonuncu dəfə dekabrın  14-də, 16-cı turda "Qəbələ"ylə oyunda xal itirib. Belədə komanda 66 gündür məğlubiyyətin nə olduğunu bilmir. Ağdam klubu bu dönəmdə "Xəzər Lənkəran" (3:2), "Sumqayıt" (2:0), "Bakı" (4:1), AZAL (1:0) və "Simurq"u (1:0) məğlub edib.

* "Qarabağ" cari birincilikdə 2-ci dəfə 5 qələbəlik seriyaya imza atdı. Daha öncə 5-9-cu turlar arasında AZAL (3:0), "Simurq" (1:0), "Neftçi" (3:1), "Qəbələ" (2:0) və "Xəzər Lənkəran" (3:2) üzərində ardıcıl qələbələr qeydə alınmışdı.

* "Simurq"la oyunda yeganə qola imza atan Reynaldo unikal göstəriciyə imza atıb. Belə ki, ötən mövsümün bombardiri Premyer Liqadakı bütün klublara qol vursa da (ötən mövsüm Premyer Liqada olan "Rəvan"da da daxil olmaqla) sadəcə, "Simurq"u məyus edə bilməmişdi. Braziliyalı forvard sonuncu qarşılaşmada fərqlənməklə "Simurq" sindromuna son qoydu.

Araşdırma "Qarabağ"ın mətbuat xidmətinə məxsusdur

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.