17 fevral 2015 12:30
Mirbağır İsayev: Prosineçki Krivotçuku 30 futbolçu arasından seçib
Azərbaycanın U-17 yığmasının baş məşqçisi Mirbağır İsayev əsas milli komandamızın baş məşqçisi Robert Prosineçkinin Anton Krivotçuka dəvət göndərməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Prosineçki Krivotçuku 30 futbolçunun arasından seçib. Bu, Anton üçün böyük şansdır. Şadam ki, artıq indidən komandamın futbolçusu əsas millinin düşərgəsinə dəvət olunur".
