17 fevral 2015 12:15
Yığmanın oyununa giriş sərbəst olacaq
Fevralın 18-də “Əlincə” stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığma komandaları arasında yoxlama oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, qarşılaşma saat 16:30-da başlayacaq.
Azarkeşlərin stadiona girişi sərbəst olacaq.
