17 fevral 2015 11:45

Atletiko və Udinezeyə yox deyən futbolçu

İki qardaşın eyni məktəbdə oxuması, eyni universitetdə təhsil alması, eyni hərbi hissədə xidmət keçməsi, eyni idarədə çalışması barədə çox eşitmişik. Amma çox nadir hallarda iki qardaş eyni futbol klubunun şərəf ni qoruyur. Azerisport.az xəbər verir ki, belə qeyri-adi hala “Qəbələ” klubunda da rast gəlmək mümkündür. “Qəbələ” Futbol Akademiyasının 17 yaşlılardan ibarət komandasının üzvü Fərid Nəbiyev əvəzedici heyətin yarımmüdafiəçisi Yusif Nəbiyevin doğmaca qardaşıdır.

Ağstafa komandasından yığmanın kapitanlığına qədər

Kiçik qardaşın futbola gəlişi elə böyük qardaşın təşəbbüsü ilə gerçəkləşib. Üç il Ağstafa komandasında oynadıqdan sonra 2010-cu ildə “Qəbələ” Futbol Akademiyasının seçimlərinə qatılıb. Baxışdan uğurla keçən Nəbiyev  “Qəbələ”nin müxtəlif yaş qruplarından ibarət komandalarında oynayıb. Hazırda “qırmızı-qaralar”ın U-17 komandasında çıxış edən yarımmüdaf əçi Azərbaycanın 16 yaşlılardan ibarət yığmasında da forma geyinir. Fərid hətta U-16 yığmasının kapitan sarğısını daşımaq kimi çətin və şərəf i vəzifəni yerinə yetirir.

Qardaşıma rəqib olmaq xoşuma gəlir

Demə, onun “Qəbələ”yə gəlişi heç də qardaşının burada oynaması ilə əlaqədar deyil: “Əksinə, qardaşımla fərqli komandalarda oynamaq istərdim. Çünki ona rəqib olmaqdan xoşum gəlir. Sadəcə, hər ikimiz Azərbaycanın bir nömrəli futbol akademiyasını seçmişik. Yusif məndən 2 yaş böyükdür. O, məni həmişə dəstəkləyir, oyunlarımı izlədikdən sonra çatışmayan cəhətlərimi deyir. Futbolçu olmağımda mənə ən çox elə qardaşım, bir də müəllim Ülfət Mədətov kömək olub. Açığı, biz ayrı-ayrı mövqelərdə oynayırıq, buna görə də hansımızın güclü olduğunu deyə bilmərəm”.

Pressinq, Pressinq...

Adətən, hücumçuların arxasında yer alan Fərid yarımmüdafiədə müxtəlif funksiyaları yerinə yetirmək qabiliyyətinə də malikdir. Onun da uğurlu oyunu sayəsində “Qəbələ”nin U-17 komandası cari mövsümdə bütün rəqiblərinə futbol dərsi keçir. Təsadüfi deyil ki, turnir cədvəlinin birinci pilləsində qərarlaşan “qırmızı-qaralar” həm də ən çox qol vuran və ən az top buraxan komandadır: “Bu uğurumuz kollektivdəki mehribanlıqla bağlıdır. Hər bir oyuna qələbə naminə çıxırıq və var gücümüzlə çalışırıq ki, məşqçilərin tapşırıqlarını yerinə yetirək, onların etimadını doğruldaq”.

Avropadan iki təklif

Tam mübaliğəsiz demək olar ki, Fərid Nəbiyev Azərbaycan futbolunun gələcək ulduzlarından biridir. O, yaşıdları arasında ən istedadlı və perspektivli futbolçulardan sayılır. Yaşının az olmasına baxmayaraq, sözügedən yarımmüdaf əçi Avropanın nüfuzlu klublarının diqqətini çəkməyi bacarıb. Fərid İspaniyanın “Atletiko” və İtaliyanın “Udineze” klublarından təklif alıb. Ancaq müxtəlif səbəblərdən bu klublara “yox” cavabı verib: “Milli komandanın heyətində İspaniyada təlim-məşq toplanışında olarkən, Madrid “Atletiko”su ilə yoldaşlıq görüşü keçirdik. İspanlar oyunumu həmin matçda bəyənmişdilər. Lakin o zaman 14 yaşım var idi. Məşqçilər mənə tələsməməyi, öz üzərimdə daha çox işləməyi məsləhət gördülər. “Udineze”nin nümayəndələri isə ötən il “Qəbələ Cup” turnirində mənimlə maraqlanırdılar. Bu dəfə də məşqçilərin tövsiyəsi ilə Qəbələdə qaldım”.

Ancaq Fərid xarici çempionatda oynamağı çox arzulayır: “Ən sevdiyim xarici klublar “Qalatasaray” və “Barselona”dır. Elə buna görə də Türkiyədə və ya İspaniyada legioner həyatı yaşamaq istərdim. Bundan başqa Azərbaycanın əsas milli komandası ilə də bağlı arzularım var. İstərdim ki, ölkəmizin bir nömrəli komandasına yüksəlim, öz uğurlu oyunumla valideynlərimi və bütün futbol azarkeşlərini sevindirim. Təbii ki, hər şeydən öncə "Qəbələ"nin əsas komandasında uğurlu çıxış etmək vacibdir"

("Qəbələ" İK qəzeti)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.