16 fevral 2015 18:45
Millimizdə yeni sima
Türkiyədə təlim-məşq toplanışında olacaq Azərbaycan yığmasına baş məşqçi Robert Prosineçki tərəfindən dəvət alan futbolçulardan biri də Anton Krivotçukdur.
Klubsuz olan bu oyunçu U-17 yığmamıza da dəvət olunub. Son klubu isə "Zirka" olub. O, bu komandanın heyətində Kiyev çempionatında 14 oyun keçirib.
Qeyd edək ki, Krivotçuk sonuncu dəfə Azərbaycanın U-17 yığmasının heyətinə dəvət alıb.
